歌词和翻译 - Yaxsi Olar
— 演唱 Uzeyir Mehdizade
“Yaxsi Olar”歌词和翻译。发现谁写了这首歌。找出谁是这个音乐视频的制作人和导演。《Yaxsi Olar》作曲、作词、编曲、流媒体平台等。“Yaxsi Olar”是在阿塞拜疆突厥语上演奏的歌曲。 “Yaxsi Olar”由演唱 Uzeyir Mehdizade— 演唱 Uzeyir Mehdizade
“Yaxsi Olar”歌词和翻译。发现谁写了这首歌。找出谁是这个音乐视频的制作人和导演。《Yaxsi Olar》作曲、作词、编曲、流媒体平台等。“Yaxsi Olar”是在阿塞拜疆突厥语上演奏的歌曲。 “Yaxsi Olar”由演唱 Uzeyir Mehdizade
|
Download New Songs
Listen & stream |
|
Uzeyir Mehdizade - Yaxsi Olar ( Official Video Clip ) 2018
Yaxşı Olar
Söz - Musiqi : Üzeyir Mehdizadə
Senari - Rejissor : Üzeyir Mehdizadə
Operator : Dele
Montaj : Emin
Baş Produsser : Üzeyir Mehdizadə
Təşkilati Produsser : İlqar Cabbar
Kanalıma Abunə Ol ►
Sosial Media Hesaplarımız;
Facebook ►
Instagram ►
Twitter►
Mahnı Sözleri : Yaxsi Olar
Mən nələr arzu etdim qarşıma çıxdı nələr
Bəs hardan biləydim qismətimdir qəm-kədər
Biz belə deyildik axı bizə nələr oldu
Ya yolumuz bağlandı ya bizə dəydi nəzər
Çox məni düşünmə sən belə qəm eləmə
Bilirəm ağırdır heç bir kəsə söyləmə
Düşmənlər sevinər yanqı verərlər sənə
Gələcəyin qabaqdadır bədbəxtəm demə demə
Çox təəssüf eyləyirəm bəs niyə belə oldu
Gözümün nurunu yadlar əlimdən aldı
Sən ayrı mən ayrı yolumuzu ayrı saldı
Çox təəssüf eyləyirəm bəs niyə belə oldu
Gül balam ağlama hər bir şey yaxşı olar
Bir gündə qəm gedər xoşbəxtlik sənə qalar
Ömrümü də verər eybi yox məndən alar
Gül balam ağlama hər bir şey yaxşı olar
Tanrıma şükür ki səni qəlbimə saldı
Peşman da deyiləm nə olsun verdi-aldı
Səndən mənə bir qalan yaşamağa səbəb olan
Ağlımdan silinməz o xatirələr qaldı
Dözmədin başımın ağrısı yadımdadır
Yarımın canımın qayğısı yadımdadır
Onda gördüm səni necə narahat idin
Gizlicə ağladın hamısı yadımdadır
Çox təəssüf eyləyirəm bəs niyə belə oldu
Gözümün nurunu yadlar əlimdən aldı
Sən ayrı mən ayrı yolumuzu ayrı saldı
Çox təəssüf eyləyirəm bəs niyə belə oldu
Gül balam ağlama hər bir şey yaxşı olar
Bir gündə qəm gedər xoşbəxtlik sənə qalar
Ömrümü də verər eybi yox məndən alar
Gül balam ağlama hər bir şey yaxşı olar
Çox məni düşünmə sən belə qəm eyləmə
Heç bir kəsə söyləmə yanqı verərlər sənə
Gələcəyin qabaqdadır bədbəxtəm demə demə
Dözmədin başımın ağrısı yadımdadır
Yarımın canımın qayğısı yadımdadır
Onda gördüm səni necə narahat idin
Gizlicə ağladın hamısı yadımdadır
Çox təəssüf eyləyirəm bəs niyə belə oldu
Gözümün nurunu yadlar əlimdən aldı
Sən ayrı mən ayrı yolumuzu ayrı saldı
Çox təəssüf eyləyirəm bəs niyə belə oldu
Gül balam ağlama hər bir şey yaxşı olar
Bir gündə qəm gedər xoşbəxtlik sənə qalar
Ömrümü də verər eybi yox məndən alar
Gül balam ağlama hər bir şey yaxşı olar